BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio İranın əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacib olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, o bu barədə Küveyt şəhərində jurnalistlərə açıqlamasında danışıb.
Rubio qeyd edib ki, İran üçün tətbiq olunan 60 günlük sanksiya güzəşti müvəqqəti xarakter daşıyır.
Onun sözlərinə görə, ABŞ İranın İsveçrədə əldə etdiyi razılaşma şərtlərinə əməl etməsini gözləyir.
Rubiyo bildirib ki, əgər Tehran öhdəlikləri yerinə yetirməsə, ABŞ Prezidenti Donald Tramp sanksiyaların yenidən tətbiqi də daxil olmaqla bir sıra addımlar ata bilər.
O əlavə edib ki, hazırkı mərhələdə ABŞ tərəfi İranın razılaşmanı icra etməsini ümidlə gözləyir.







