Son dəqiqə

ABŞ Boeing Donald Tramp Ağ Ev Pentaqon müdafiə sənayesi Lockheed Martin

Trump silah istehsalını artırmaq üçün müdafiə sənayesi rəhbərləri ilə görüşəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp silah istehsalını artırmaq məqsədilə iri müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə Ağ Evdə görüş keçirəcək.

TurkicWorld xəbər verir ki, görüş ABŞ-ın İranla müharibə və digər beynəlxalq münaqişələr fonunda hərbi arsenalında yaranan azalmalar səbəbindən təşkil olunur.

Məlumata görə, ABŞ son dövrdə müttəfiqlərinə böyük həcmdə silah və sursat göndərib, bu isə xüsusilə hava hücumundan müdafiə və yüksək dəqiqlikli silah ehtiyatlarında azalmaya səbəb olub.

Ağ Evdə keçiriləcək bu toplantı müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə ikinci genişmiqyaslı görüş kimi qiymətləndirilir.

Əvvəlki belə görüş mart ayında keçirilib və BAE Systems, Lockheed Martin, Northrop Grumman, RTX Corp, Boeing, Honeywell Aerospace və L3Harris Technologies kimi şirkətlərin rəhbərləri iştirak edib.

ABŞ Müdafiə Nazirliyinin rəsmilərinin də qatıldığı görüşlərdə istehsalın sürətləndirilməsi və yeni müqavilələrin icrası müzakirə olunur.

Mövzuya görə xəbərlər