Son dəqiqə

İran Oman Dəniz təhlükəsizliyi Maskat Hörmüz boğazı İslamabad memorandum

Oman və İran Hörmüz boğazında təhlükəsiz keçidi bir daha təsdiqləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman və İran Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması ilə bağlı öhdəliklərini yenidən təsdiqləyiblər.

TurkicWorld xəbər verir ki, bu barədə Oman xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Maskatda keçirilən görüşlər zamanı tərəflər Hörmüz boğazı ilə bağlı məsələləri İslamabadda imzalanmış memorandumun müddəalarına uyğun şəkildə müzakirə ediblər.

Hər iki ölkə razılaşıb ki, memorandumun uğurla icrası üçün dialoq və koordinasiya davam etdirilməlidir.

Tərəflər Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq və təhlükəsiz su yolu olaraq qalmasının vacibliyini vurğulayıblar.

Mövzuya görə xəbərlər