Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi İsveçrə anlaşma memorandumu Diplomatiya Beynəlxalq Münasibətlər

İsveçrə ABŞ-İran danışıqlarının Bürgenstokda davam etdiyini təsdiqləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsveçrə ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunun icrası ilə bağlı danışıqların Bürgenstok bölgəsində davam etdiyini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, İsveçrə tərəfi danışıqların aparılması üçün etibarlı və məxfi mühit yaratmağa davam edəcək.

Nazirliyin açıqlamasına görə, Bürqenştok tərəflər arasında müzakirələrin keçirilməsi üçün neytral platforma olaraq qalır.

Bununla yanaşı, İsveçrə rəsmiləri danışıqların iştirakçıları və müzakirə olunan məsələlərlə bağlı əlavə məlumat verməkdən imtina ediblər.

Qurum bunu məxfilik prinsipinə əməl olunmasının vacibliyi ilə izah edib.

Məlumata görə, hazırda diqqət ABŞ və İran arasında əldə olunmuş anlaşmanın praktiki icrasına yönəlib.

Mövzuya görə xəbərlər