BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ağ Ev ABŞ–İran arasında imzalanmış müvəqqəti razılaşmanın mətnini Konqresə təqdim edib.
TurkicWorld xəbər verir ki, sənəd Reuters agentliyi tərəfindən yayımlanan məlumatlara əsaslanır.
“İslamabad Anlaşma Memorandumu” adlanan sənəd ABŞ və İran arasında hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tutur.
Məlumatda Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin bitdiyi qeyd olunur.
Sənədə əsasən, ABŞ 30 gün ərzində İran limanlarına tətbiq etdiyi dəniz blokadasını tam dayandıracaq.
Eyni zamanda İran Hörmüz boğazında ticarət gəmilərinin pulsuz və təhlükəsiz keçidini təmin etməyi öhdəsinə götürür.
Tərəflər yekun razılaşma üçün 60 gün müddətində danışıqlar aparacaqlar.
Bu müddətin qarşılıqlı razılaşma ilə uzadıla biləcəyi də sənəddə yer alıb.







