Son dəqiqə

Fələstin İsrail Avropa İttifaqı Yaxın Şərq Kaya Kallas Gideon Saar Diplomatiya iki dövlətli həll

Aİ rəsmisi İsrail XİN başçısının “əlaqələri kəsmək” qərarına cavab verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas İsrailin xarici işlər naziri Gideon Saarın onunla əlaqələri dayandırması ilə bağlı açıqlamasına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Kallas Aİ ilə İsrail arasında münasibətlərin konstruktiv dialoq üzərində qurulmasının vacibliyini vurğulayıb.

İsrail XİN başçısı Kallasın Fələstinlilərlə bağlı açıqlamalarını tənqid edərək onunla əlaqələri kəsmək qərarı verdiyini bildirib.

Saar həmin mövqedən geri çəkilməyəcəyi və ya açıqlama verməyəcəyi təqdirdə qərarın qüvvədə qalacağını deyib.

Kallas isə Aİ ilə İsrail arasında çoxsaylı ortaq maraqların olduğunu qeyd edib.

O, dialoqun qarşılıqlı hörmət əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda Kallas iki dövlətli həllin Yaxın Şərqdə sülh üçün yeganə real yol olduğunu bildirib.

Aİ rəsmisi İsrailin işğal altındakı ərazilərdə qeyri-qanuni yaşayış məntəqələrini də tənqid edib.

Mövzuya görə xəbərlər