BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fransa Prezidenti Emmanuel Makron ABŞ–İran memorandumu ilə bağlı yeni açıqlama verib.
TurkicWorld xəbər verir ki, Makron sənədin bütün problemləri dərhal həll etmədiyini etiraf edib.
O bildirib ki, razılaşma “hər şeyi dərhal həll etmir”, lakin buna baxmayaraq müsbət addımdır.
Makron qeyd edib ki, müharibənin davam etməsi Hörmüz boğazının bağlanması və enerji infrastrukturunun məhv edilməsi riskini artırırdı.
Onun sözlərinə görə, bu vəziyyət aylar, hətta illərlə davam edən sabitsizlik yarada bilərdi.
Fransa Prezidenti Livandakı insan tələfatı və regional böhranın dərinləşməsini də ciddi problem kimi qiymətləndirib.
O vurğulayıb ki, humanitar, siyasi və iqtisadi məsuliyyət nəzərə alınmalıdır.
Makronun sözlərinə görə, memorandum Hörmüzdən Livana qədər döyüşlərin dayandırılmasına töhfə verir.







