Son dəqiqə

İran ABŞ Donald Tramp G7 sammiti Yaxın Şərq Diplomatiya Memorandum

Tramp: Tehran “normal həyata qayıtmaq” istəyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp ABŞ–İran memorandumunun çox güclü sənəd olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O qeyd edib ki, İran tərəfinin razılaşmanı imzalamaq istədiyini düşünür.

Tramp bildirib ki, beynəlxalq razılaşmalarda yekun nəticəni əvvəlcədən tam proqnozlaşdırmaq çətindir.

Onun sözlərinə görə, İran “normal həyata qayıtmaq” istəyir və bu səbəbdən sənədi imzalamağa maraqlıdır.

ABŞ Prezidenti memorandumun qısa deyil, detallı və geniş sənəd olduğunu vurğulayıb.

O əlavə edib ki, razılaşma baş tutmasa, proses yenidən başlanacaq.

Tramp açıqlamasını “bu, çox güclü bir razılaşmadır” sözləri ilə yekunlaşdırıb.

Mövzuya görə xəbərlər