BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında memorandumun elektron qaydada imzalandığı açıqlanıb.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sənədin “tam şəkildə imzalandığını” və prosesin elektron formatda baş tutduğunu bildirib.
Trampın sözlərinə görə, Hörmüz boğazı cümə gününə qədər tam şəkildə açılacaq.
ABŞ rəsmiləri memorandumun Tramp, ABŞ vitse-prezidenti Cey Di Vens və İranın əsas danışıqlar nümayəndəsi Məhəmməd Baqir Qalibaf tərəfindən imzalandığını bildiriblər.
Məlumata əsasən, razılaşmanın detalları hələ tam şəkildə ictimaiyyətə açıqlanmayıb.
Bununla belə, həm ABŞ, həm də İran rəsmiləri sənədin bəzi əsas müddəaları barədə ilkin açıqlamalar veriblər.
Sənədin regionda gərginliyin azaldılması və diplomatik proseslərin davam etdirilməsi məqsədi daşıdığı bildirilir.







