Son dəqiqə

İran ABŞ İsveçrə Tehran Vaşinqton Abbas Əraqçi Diplomatiya İqtisadiyyat Beynəlxalq Münasibətlər Danışıqlar

Abbas Əraqçi: İsveçrədəki imza mərasimindən sonra danışıqlar davam edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsveçrədə keçiriləcək imza mərasimindən sonra Tehran və Vaşinqton arasında yeni danışıqlar mərhələsi başlayacaq.

TurkicWorld xəbər verir ki, Əraqçi bu barədə İran parlamentinin İqtisadi Komissiyasının üzvləri ilə görüşdən sonra açıqlama verib.

Nazirin sözlərinə görə, tərəflər razılaşmanın imzalanmasından sonra da bir sıra məsələlər üzrə müzakirələri davam etdirməyi planlaşdırırlar.

Əraqçi vurğulayıb ki, danışıqlar prosesi qarşılıqlı etimadın zəif olduğu şəraitdə aparılır.

O qeyd edib ki, İran əvvəlki təcrübələri, öhdəliklərin pozulması hallarını və mövcud etimadsızlığı nəzərə alaraq hərəkət edir.

Nazirin sözlərinə görə, Tehran razılaşmanın icrası ilə bağlı bütün addımlarını ehtiyatlı şəkildə planlaşdırır.

Əraqçi bildirib ki, hökumətin əsas məqsədlərindən biri əldə olunan anlaşma vasitəsilə ölkə iqtisadiyyatında müsbət dəyişikliklərə nail olmaqdır.

O əlavə edib ki, İran iqtisadi sahədə yeni imkanların yaranması üçün danışıqlar prosesindən maksimum faydalanmağa çalışacaq.

Mövzuya görə xəbərlər