Son dəqiqə

İsrail Livan Tel-Əviv Hizbullah hava hücumu cənubi Livan hərbi əməliyyatlar Artilleriya pilotsuz uçuş aparatı

İsrail ordusu Livanın cənubunda yeddi “Hizbullah” döyüşçüsünün öldürüldüyünü açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu son bir həftə ərzində Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatlar nəticəsində yeddi “Hizbullah” döyüşçüsünün öldürüldüyünü bildirib.

TurkicWorld xəbər verir ki, ordunun “Teleqram” platformasında yaydığı məlumatda qeyd olunub ki, həmin şəxslər yeraltı keçid şəbəkəsindən istifadə ediblər və hava qüvvələri, artilleriya və pilotsuz uçuş aparatlarının iştirakı ilə keçirilən əməliyyat zamanı zərərsizləşdiriliblər.

Məlumata görə, əməliyyat bölgəsində silahlar və hərbi təchizat aşkar edilib və həmin vasitələrin “Hizbullah”a məxsus olduğu iddia olunur.

İsrail ordusu Livanın cənubunda əməliyyatların davam etdiyini və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Mövzuya görə xəbərlər