Son dəqiqə

İsrail Livan hava hücumu Nəbatiyyə Sur Kəfr Təbnit Məcdəl Zun Kəfr Rəman

İsrail Livanın Nəbatiyyə və Sur bölgələrində yeni hücumlar həyata keçirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Livanın cənub bölgəsində Nəbatiyyə və Sur dairələrində yeni hücumlar həyata keçirdiyi bildirilir. Hücumların əsasən yaşayış məntəqələrini hədəf aldığı qeyd olunur.

TurkicWorld xəbər verir ki, Nəbatiyyə bölgəsində yerləşən Kəfr Təbnit bələdiyyəsinə hava zərbəsi endirilib, Sur bölgəsində isə Məcdəl Zun kəndi artilleriya atəşinə məruz qalıb.

Məlumata görə, Nəbatiyyə ilə Kəfr Rəman qovşağı ərazisində daha iki hava hücumu qeydə alınıb və bölgədə partlayış səsləri eşidilib.

Bu hücumlar İsrail ordusunun Livanın cənubundakı bir neçə şəhər və kənd üçün yeni məcburi köçürülmə əmrləri verməsindən bir neçə saat sonra baş verib. Həmin ərazilərin İsrailin yaratdığı “sarı xətt” adlanan bufer zonasından kənarda yerləşdiyi bildirilir.

Mövzuya görə xəbərlər