BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda 70-dən çox hədəfə zərbə endirdiyini açıqlayıb. Ordunun iddiasına görə, əməliyyatlar zamanı “Hizbullah”a məxsus bir sıra mövqelər sıradan çıxarılıb.
TurkicWorld xəbər verir ki, İsrail tərəfi hücumlar nəticəsində bir neçə “Hizbullah” döyüşçüsünün öldürüldüyünü, raket buraxılış qurğularının və bəzi binaların məhv edildiyini iddia edib.
Açıqlamada əməliyyatların son 24 saat ərzində genişmiqyaslı şəkildə həyata keçirildiyi və 70-dən çox hədəfin vurulduğu bildirilib.
Bundan əvvəl verilən məlumatlara əsasən, son hücumlar nəticəsində ən azı beş nəfər həyatını itirib, bir livanlı hərbçi isə yaralanıb. Bölgədə gərginliyin davam etdiyi qeyd olunur.







