BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla mümkün razılaşma ABŞ və onun müttəfiqlərinin prioritetlərini təmin etmək üçün strukturlaşdırılıb.
TurkicWorld xəbər verir ki, Vens qeyd edib: “Əgər İran İslam Respublikası öz öhdəliklərini yerinə yetirərsə, iqtisadi faydalar həm onlara, həm də bütün regiona çatacaq.”
Vitse-prezident əlavə edib ki, İran heç bir nağd pul almayacaq və vəsait “sadəcə razılaşmanı imzalamaq və ya görüşdə iştirak etmək üçün” buraxılmayacaq.
Cey Di Vens vurğulayıb: “Bu razılaşma regionu yenidən qurmaq və davamlı sülh yaratmaq potensialına malikdir.” O əlavə edib ki, Tramp “bu danışıqlardan istər-istəməz yaxşı nəticə əldə edəcək”.







