BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər The Washington Post qəzetinin enerji istehsal obyektlərinin hücumdan qorunması üçün İranla “gizli razılaşma” apardığına dair iddialarını təkzib edib.
TurkicWorld xəbər verir ki, Qətərin Beynəlxalq Media Ofisi iddiaları “tamamilə əsassız” adlandırıb və əlavə edib ki, bu iddialar xüsusilə inanılmazdır, çünki həmin dövrdə Qətər ərazisini İran raket hücumlarından fəal şəkildə müdafiə edirdi.
Ofis bildirib: “Bu iddialar saxta və etibarsız məlumatlara əsaslanır və məqsəd mövcud münaqişəni bitirmək üçün aparılan vasitəçilik səylərini sabotaj etmək, Qətərin nüfuzuna zərbə vurmaq və Qətər ilə ABŞ arasındakı strateji tərəfdaşlığı zəiflətməkdir.”







