BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın IRNA xəbər agentliyi bildirir ki, 60 günlük müddət ərzində Vaşinqton və Tehran memorandumda indiyədək həll olunmamış üç əsas məsələni müzakirə edəcəklər. Məqsəd bu məsələləri müəyyən mexanizmlərlə həll etməkdir.
TurkicWorld xəbər verir ki, agentlik açıqlayıb ki, üç məsələ bunlardır: sülh yolu ilə nüvə proqramının davam etdirilməsi, sanksiyaların qaldırılması və itkilərin kompensasiyası üçün mexanizm.
İranın açıqlamasına görə, son danışıqlar yalnız ölkənin dondurulmuş vəsaitlərinin yarısı buraxıldıqdan və neft sanksiyaları dayandırıldıqdan sonra başlayacaq. Bu addım həm regionda sabitliyi təmin etmək, həm də diplomatik etimadı gücləndirmək məqsədini daşıyır.







