Son dəqiqə

İsrail İran Donald Tramp Yaxın Şərq atəşkəs ABŞ prezidenti Diplomatik Həll hava hücumları Raket Hücumları

Tramp İsrail və İranı dərhal atəşi dayandırmağa çağırdı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında yenidən alovlanan qarşıdurma fonunda tərəflərə müraciət edərək hərbi əməliyyatların dərhal dayandırılmasını istəyib.

TurkicWorld xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

“İsrail və İran dərhal atəşi dayandırmalıdır”, – deyə o bildirib.

Trampın çağırışı İsrail və İran arasında aprel ayında əldə olunmuş atəşkəsdən sonra ilk dəfə yenidən qarşılıqlı raket və hava hücumlarının baş verməsi fonunda səsləndirilib.

Son günlər tərəflər arasında gərginliyin artması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Bölgədə baş verən hadisələr təhlükəsizlik vəziyyətinin yenidən pisləşməsi ehtimalını artırıb və bir sıra ölkələr tərəfləri təmkinli davranmağa çağırıblar.

ABŞ Prezidenti həmçinin gərginliyin daha da dərinləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və tərəfləri hərbi qarşıdurma əvəzinə siyasi və diplomatik həll yollarına üstünlük verməyə çağırıb.

Mövzuya görə xəbərlər