Son dəqiqə

Braziliya Venesuela Anqola Nigeriya Enerji təhlükəsizliyi Hindistan neft idxalı Hörmüz boğazı böhranı Latın Amerikası və Afrika Rusiya nefti İraq neft tədarükü Yaxın Şərqdən idxal

Hörmüz böhranı fonunda Hindistan neft idxalını Latın Amerikası və Afrika ölkələrinə yönəldir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazında yaranan böhran və Yaxın Şərqdən enerji daşımalarının məhdudlaşması səbəbindən Hindistan neft idxalını diversifikasiya etməyə başlayıb. Hindistan emal şirkətləri artıq Latın Amerikası və Afrika ölkələrindən daha çox neft almağa üstünlük verir.

TurkicWorld xəbər verir ki, ABŞ–İsrailin İrana qarşı mümkün müharibəsindən əvvəl Hindistan xam neftin böyük hissəsini Yaxın Şərq ölkələrindən alırdı. Lakin Hörmüz boğazında daşımaların məhdudlaşması nəticəsində aprel və may aylarında Venesuela, Braziliya, Anqola və Nigeriyadan idxal artırılıb. Eyni zamanda Rusiya neftinin alınması da davam etdirilir. Hindistanın İraqdan idxalı bir müddət dayanmışdı, lakin may ayında müəyyən həcmdə tədarükün bərpası gözlənilir.

Analitiklər bildirirlər ki, Hindistanın bu addımı enerji təhlükəsizliyini qorumaq və Hörmüz boğazındakı qeyri-müəyyənlikdən asılılığı azaltmaq məqsədi daşıyır.

Mövzuya görə xəbərlər