BAKI,TurkicWorld Yusif Şərifzadə
Qəzza Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin həyata keçirdiyi hücumlar nəticəsində 2023-cü il oktyabrın 7-dən bu yana azı 72 775 nəfər həlak olub, 172 750-dən çox insan isə yaralanıb.
TurkicWorld xəbər verir ki, oktyabr ayında elan olunan “atəşkəs”dən sonra da İsrail hücumları nəticəsində ölənlərin sayı 883 nəfərə, yaralananların sayı isə 2 648 nəfərə yüksəlib. Hücumlar mülki əhali üçün ciddi təhlükə yaratmaqda davam edir və Qəzza bölgəsində humanitar vəziyyət kritik olaraq qalır.







