Son dəqiqə

Fələstin İsrail Səhiyyə Nazirliyi Qəzza Yaxın Şərq humanitar vəziyyət

Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağının Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrailin hücumları nəticəsində daha iki fələstinlinin öldüyünü, 10 nəfərin isə yaralandığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, İsraillə atəşkəsin qüvvəyə mindiyi 2025-ci il 11 oktyabr tarixindən bu yana 1 252 nəfər həlak olub, 4 120 nəfər yaralanıb.

Qurumun məlumatına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri davam edən müharibə nəticəsində Qəzza zolağında ölənlərin ümumi sayı 73 377 nəfərə, yaralananların sayı isə 174 230 nəfərə çatıb.

Mövzuya görə xəbərlər