Son dəqiqə

Fələstin İsrail Qəzza Yaxın Şərq Mülki itkilər humanitar vəziyyət Qəzza Səhiyyə Nazirliyi

Ölənlərin sayı 73 375-ə çatıb - Qəzza Səhiyyə Nazirliyi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 19 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına görə, həlak olanlardan 18 nəfərin ölümü son sutkada qeydə alınıb, bir nəfər isə daha əvvəl aldığı yaralardan dünyasını dəyişib.

Qurum bildirib ki, İsraillə atəşkəsin qüvvəyə mindiyi 11 oktyabr tarixindən bu günədək 1 250 nəfər həlak olub, 4 110 nəfər yaralanıb.

Nazirliyin açıqlamasına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olanların ümumi sayı 73 375 nəfərə, yaralananların sayı isə 174 220 nəfərə çatıb.

Qəzza Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər