BAKI,TurkicWorld Yusif Şərifzadə
Sloveniya Qəzzaya yönələn “Global Sumud Flotilla” gəmisindəki fəallara İsrail tərəfindən göstərilən rəftarı “dəhşətli və şokedici” adlandıraraq qəti şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Sloveniyanın xarici işlər naziri Tanya Fayon bildirib ki, heç bir ölkə insanları “işgəncə ilə qarşılamamalıdır”. O, əlavə edib ki, müharibədən ağır zərbə alan Qəzzadakı fələstinlilərin vəziyyətinə diqqət çəkməyə çalışan fəallara qarşı bu cür davranışın “demokratik cəmiyyətdə yeri yoxdur”.
Fayon bu açıqlaması ilə beynəlxalq ictimaiyyətə İsrailin fəallara qarşı sərt tədbirlərinə qarşı mövqeyini nümayiş etdirib.







