BAKI,TurkicWorld Yusif Şərifzadə
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzzaya yollanan “Global Sumud Flotilla” ilə bağlı saxlanılan fəalların videolarını sosial şəbəkə hesabında paylaşıb.
TurkicWorld xəbər verir ki, yayımlanan görüntülərdə saxlanılan şəxslərin hərbi gəminin göyərtəsində diz çökdürüldüyü, əllərinin arxadan bağlı olduğu və başlarının yerə əyildiyi görünür. Video “İsrailə xoş gəlmisiniz” yazısı ilə təqdim olunub.
Videoda İsrailin milli himninin səsləndiyi eşidilir və həmçinin saxlanılan şəxslərin İsrailə gətirildiyi, burada Ben Qvirin İsrail bayrağını dalğalandırdığı kadrlar yer alır.







