Son dəqiqə

Si Cinpin Donald Tramp Yaxın Şərq atəşkəs Yaxın Şərq Sülh Prosesi Hörmüz boğazı Çin Xarici İşlər Nazirliyi Van Yi

Çin Xarici İşlər Nazirindən atəşkəs mesajı

BAKI,TurkicWorld Yusif Şərifzadə

Çinin xarici işlər naziri Van Yi bildirib ki, Hörmüz boğazı ilə bağlı böhranın həlli Vaşinqton və Tehran arasında “daimi və hərtərəfli atəşkəsin” əldə olunmasından keçir.

TurkicWorld xəbər verir ki, Çin rəsmi Şinxua agentliyinə istinadən yayılan açıqlamada qeyd olunur ki, Prezident Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə danışıqlarında “güc yolu ilə problemlərin həll olunmayacağını, yeganə düzgün yolun dialoq olduğunu” vurğulayıb.

Van Yi deyib ki, danışıqlar bir anda nəticə verməsə də, dialoq qapısı açıldıqdan sonra onun bağlanmaması vacibdir. O əlavə edib ki, Çin sülh danışıqlarını təşviq etmək üçün səylərini davam etdirəcək və Yaxın Şərqdə müharibənin dayandırılması və sabitliyin bərpası üçün rol oynamağa hazırdır.

Mövzuya görə xəbərlər