Bakı. TurkicWorld:
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan blokadanın icrası çərçivəsində indiyədək 57 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, blokada tədbirləri çərçivəsində üç kommersiya gəmisi “hərəkətsiz vəziyyətə salınıb”. Bildirilib ki, əməliyyatların icrasını təmin etmək məqsədilə hazırda Ərəbistan dənizi akvatoriyasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Truxtun, USS Rafael Peralta və USS Mason esminesləri fəaliyyət göstərir.
CENTCOM bölgədə təhlükəsizliyin təmin olunması və tətbiq edilən tədbirlərin icrası istiqamətində əməliyyatların davam etdirildiyini vurğulayıb.







