Son dəqiqə

ABŞ təhlükəsizlik CENTCOM ProjectFreedom HörmüzBoğazı HərbiƏməliyyat Qlobalİqtisadiyyat

CENTCOM bildirir ki, “Project Freedom” yeni başlayıb

BAKI. TurkicWorld:

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Əl-Cəzirə Ərəb xidmətinə açıqlamasında bildirib ki, Hörmüz boğazı üçün nəzərdə tutulan ABŞ hərbi “Project Freedom” əməliyyatı “müvəqqəti” xarakter daşıyır və bu su yolunda “təhlükəsiz dəhliz” və “təhlükəsizlik çətiri” yaradır.

Sözçü qeyd edib ki, gəmi sahibləri və sığorta şirkətləri yeni başlayan bu əməliyyata müsbət reaksiya veriblər.

Onun sözlərinə görə, əməliyyatın məqsədi kommersiya gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etmək və bununla həm qlobal, həm də regional iqtisadiyyata töhfə verməkdir.

Mövzuya görə xəbərlər