Son dəqiqə

Səudiyyə Ərəbistanı Kəbə Həcc ziyarəti Məkkə şəhəri zəvvarlar üçün Məkkə Həcc təhlükəsizlik tədbirləri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi Həcc 2026

Səudiyyə Ərəbistanı Həcc mövsümü üçün nəqliyyat sistemini genişləndirir - Hansı yeniliklər var?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində zəvvarların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yol infrastrukturunun genişmiqyaslı yenilənməsini həyata keçirir.

TurkicWorld xəbər verir ki, ölkənin yollar üzrə məsul qurumu olan Yollar üzrə Baş İdarə avtomobil yollarında təhlükəsizlik və səmərəliliyin artırılması üçün müasir texnologiyalar tətbiq edir. Qurum bu məqsədlə yüksək dəqiqlikli kameralar və lazer sensorlarla təchiz olunmuş xüsusi texniki vasitələrdən istifadə edir.

Bildirilir ki, tətbiq olunan texnologiyalar yol səthində çatlar və digər qüsurları 0,05 millimetr dəqiqliklə müəyyən etməyə imkan verir. Bu isə xüsusilə Həcc dövründə yolların daha operativ şəkildə təmirinə və istifadəyə hazır vəziyyətdə saxlanılmasına şərait yaradır.

Qeyd olunur ki, layihə çərçivəsində yol-nəqliyyat hadisələrinin sayının azaldılması və zəvvarların müqəddəs məkanlar arasında daha rahat hərəkəti əsas prioritetlərdəndir.

Bu təşəbbüs Nəqliyyat və Logistika Xidmətləri Nazirliyi tərəfindən həyata keçirilən geniş nəqliyyat hazırlıq planının tərkib hissəsidir. Plan hava, dəmir yolu, avtomobil və dəniz nəqliyyatını əhatə edir.

Məlumata əsasən, Həcc mövsümü üçün aviasiya sektorunda 12 min reys üzrə 3,1 milyondan çox sərnişin yeri ayrılıb, əsas hava limanlarında minlərlə əməkdaş xidmət göstərəcək.

Dəmir yolu nəqliyyatı vasitəsilə milyonlarla zəvvarın daşınması planlaşdırılır. Bu çərçivədə Məşair Metro xətti və Haraməyn yüksək sürətli dəmir yolu əsas rol oynayacaq.

Bundan əlavə, avtomobil nəqliyyatı üzrə 33 min avtobus və 5 min taksi xidmətə cəlb ediləcək, logistika və dəniz daşımaları sahəsində də əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, görülən tədbirlər Həcc ziyarəti zamanı milyonlarla zəvvar üçün təhlükəsiz, fasiləsiz və koordinasiyalı nəqliyyat sisteminin təmin edilməsinə yönəlib.

Mövzuya görə xəbərlər