Son dəqiqə

ABŞ Donald Tramp Ağ Ev Pit Heqset

Pit Heqsetin hesabatları şübhə altına alınır - Washington Post

BAKI, TurkicWorld, Orxan Qədirzadə

"Washington Post" qəzeti ABŞ Müharibə naziri Pit Heqsetin İrana qarşı müharibənin gedişi ilə bağlı Prezident Trampa yanlış məlumatlar verdiyini və Pentaqon daxilində ciddi fikir ayrılıqlarının yaşandığını iddia edib.

TurkicWorld xəbər verir ki, yayımlanan məqalədə rəsmi Vaşinqtonun daxilindəki "hesabat böhranı" işıqlandırılıb. Əsas ittiham Heqsetin ABŞ və İsrail zərbələrindən sonra İranın raket potensialını olduğundan daha zəif göstərməsidir.

Pit Heqsetə qarşı ittihamlar: "Prezidentə həqiqəti demir"

Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Heqsetin İranın raket və PUA proqramının məhv edilməsi barədəki qiymətləndirmələri daxili sənədlərlə ziddiyyət təşkil edir:

Heqset mart ayının sonunda İranın raket buraxılışlarının rekord həddə düşdüyünü bəyan etsə də, gizli sənədlər əvvəlki tarixlərdə daha aşağı göstəricilərin olduğunu sübut edir.

Heqsetin hərbi əməliyyatlarda etik normaları kənara qoyması və "ekstremist" dini-hərbi ritorikası Pentaqon daxilində narahatlıq doğurub.

Pentaqon daxilində "soyuq müharibə": Heqset və Driskoll

Müdafiə naziri Pit Heqset ilə ABŞ Ordu naziri (Secretary of the Army) Dan Driskoll arasında münasibətlərin gərginləşdiyi bildirilir.

Driskoll istefaya gedəcəyi ilə bağlı xəbərləri qəti şəkildə rədd edib: "Vəzifəmi tərk etmək və ya istefa vermək planım yoxdur."

Tərəflər arasında əsas mübahisə Heqsetin bəzi generalların və zabitlərin vəzifə artımına mane olması və ordu rəhbərliyindəki qəfil işdənçıxarmalarla bağlıdır.

Maraqlıdır ki, Ağ Ev Driskollu dəstəkləyir. Vitse-prezident Cey Di Vensin yaxın dostu olan Driskoll üçün Ağ Ev sözçüsü Anna Kelli müsbət rəy bildirib.

Mövzuya görə xəbərlər