Son dəqiqə

İran ABŞ İordaniya İordaniya Silahlı Qüvvələri

İordaniya ordusu İranın 242 raket və PUA-sını zərərsizləşdirib

BAKI, TurkicWorld

İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanına yönəlmiş hərbi təhdidlərlə bağlı rəsmi hesabat yayıb.

TurkicWorld xəbər verir ki, hesabatda İran tərəfindən İordaniya ərazisinə atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) sayı və onlara qarşı həyata keçirilən müdafiə əməliyyatlarının detalları əks olunub.

Məlumata görə, müharibənin başlanğıcından bu yana İran İordaniya istiqamətinə ümumilikdə 262 raket və PUA atıb. Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həmin hədəflərin 242-si havada zərərsizləşdirilib, 20-si isə ölkə ərazisinə düşüb. Təkcə müharibənin dördüncü həftəsində Krallıq ərazisinə doğru 22 raket atıldığı, onlardan 20-nin məhv edildiyi, 2-nin isə ölkənin şərq hissəsinə düşdüyü bildirilir.

İordaniya rəsmiləri bəyan ediblər ki, ölkənin suverenliyini və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün bütün hərbi imkanlar səfərbər edilib. Regionda gərginliyin artması fonunda İordaniyanın strateji müdafiə qabiliyyətinin yüksək səviyyədə olduğu vurğulanıb.

Mövzuya görə xəbərlər