Son dəqiqə

Almaniya Fridrix Merts

Almaniya hökuməti kritik infrastruktur obyektlərinin müdafiəsini gücləndirməyi planlaşdırır

BAKI, TurkicWorld

Almaniya Kansleri Fridrix Merts hökumətin kritik infrastruktur obyektlərini, o cümlədən elektrik şəbəkələrini mümkün hücumlardan qorumağı planlaşdırdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə DPA agentliyi xəbər yayıb.

Merts bildirib ki, bu tədbirlər əsasən həmin infrastrukturla bağlı məlumatların ictimaiyyət üçün asanlıqla əlçatan olmamasını təmin etməyə yönəlib.

Kanslerin sözlərinə görə, bu yanaşma təhlükəsizliklə bağlı geodata və digər məlumatları da əhatə edir.

Mövzuya görə xəbərlər