Son dəqiqə

Ukrayna Çexiya Andrey Babiş Karel Rjexkan

Çexiya Ukraynaya “L-159” təyyarələrinin satışını istisna edib

BAKI, TurkicWorld

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya "L-159" yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə "Idnes" xəbər portalı bildirib.

"Ukraynaya L-159 satışı yoxdur və olmayacaq da. Məsələ bağlandı", - deyə baş nazir bildirib.

Bu, onun Çexiya Ordusunun Baş Qərargah rəisi general Karel Rjexkanın jurnalistlərə verdiyi açıqlamada Ukraynaya dörd "L-159" təyyarəsinin verilməsinin Çexiyanın təhlükəsizliyinə təsir etməyəcəyini söyləməsinə cavab olub.

Mövzuya görə xəbərlər