BAKI, TurkicWorld
Şimali Koreya nüvə potensialını artırmaqda və modernləşdirməkdə davam edir ki, bu da ABŞ-ın təhlükəsizliyi üçün ciddi risk yaradır.
TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonun açıqladığı Milli Müdafiə Strategiyasının yenilənmiş versiyasında qeyd olunub.
Sənəddə vurğulanır ki, Şimali Koreyanın nüvə qüvvələri ABŞ üçün artan təhlükə mənbəyinə çevrilir, onların miqyası və texnoloji səviyyəsi yüksəlir və Amerika ərazisinə mümkün nüvə zərbəsi real və açıq təhdid kimi qiymətləndirilir.







