Son dəqiqə

ABŞ Ukrayna İsveçrə Volodimir Zelenski Kiyev Donald Tramp Dünya İqtisadi Forumu Patriot hava hücumundan müdafiə sistemi Davos

Zelenski Trampla “Patriot” sistemləri üçün raketlərin verilməsi ilə bağlı razılıq əldə etdi

BAKI, TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsində razılaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Zelenski açıqlama verib.

O, Kiyevdə keçirilən İstedadlı Gənclər Forumunda çıxışı zamanı bildirib ki, Prezident Trampla apardığı danışıqlar nəticəsində “Patriot” sistemləri üçün müəyyən sayda “PAC-3” raketlərinin alınması barədə razılıq əldə olunub, lakin dəqiq rəqəmi açıqlamayıb.

Qeyd edək ki, Volodimir Zelenski və Donald Tramp yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.

Mövzuya görə xəbərlər