Son dəqiqə

ABŞ Cənubi Koreya

ABŞ Cənubi Koreyaya yüksək dəqiqlikli bombalar satacaq

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 112 milyon dollara yaxın dəyəri olan 600-dən çox yüksək dəqiqlikli “GBU-39” bombalarının potensial satışını təsdiqləyib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dövlət Departamentindən bildirilib ki, bu təchizat Seulun 387 bomba alınmasına dair əvvəlki müqavilə üzrə təsdiq üçün göndərdiyi sorğunu tamamlayacaq.

"GBU-39 Small Diameter Bomb" (SDB) — ABŞ istehsalı olan 250-lb çəkili (təxminən 113 kg) yüksək dəqiqlikli bombadır. O, GPS/INS naviqasiya sistemləri ilə təchiz edilib və qanadları buraxıldıqdan sonra cazibə qüvvəsi prinsipi ilə işləyən ənənəvi bombalardan fərqli olaraq “glide” manevrini yerinə yetirə bilir. Bununla da hədəfə 110 kilometrədək məsafədən yüksək dəqiqliklə zərbə endirmək mümkündür.

Mövzuya görə xəbərlər