Son dəqiqə

Fələstin İsrail Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza

İsrail daha 45 fələstinlinin nəşini Qəzzaya təhvil verib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İsrail Qəzza zolağının Səhiyyə Nazirliyinə daha 45 fələstinlinin nəşini təhvil verib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Ümumilikdə, atəşkəs razılaşması çərçivəsində və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Fələstin anklavına 270 nəfərin meyiti qaytarılıb.

Nazirliyin məlumatına görə, onlardan 78-nin şəxsiyyəti artıq müəyyən edilib.

Mövzuya görə xəbərlər