Son dəqiqə

İran İraq zəlzələ Tehran Universitetinin Seysmologiya Mərkəzi

İran-İraq sərhədində güclü zəlzələ olub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu gün İranda yerli vaxtla saat 14:55-də İran-İraq sərhədində, İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İranın Qəsr-e Şirin rayonunun 22 kilometrliyi və İraqın Xanaqin rayonunun 10 kilometrliyində yerləşib və 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Mövzuya görə xəbərlər