Son dəqiqə

Yaponiya Donald Tramp ABŞ və Yaponiya münasibətləri B-1B strateji bombardmançıları Yaponiyanın Misava aviabazası

ABŞ Yaponiyada B-1B strateji bombardmançılarından ibarət qrupu yerləşdirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-nin "B-1B Lancer" strateji bombardmançılarından ibarət qrup Yaponiyanın şimalındakı Honsyudakı "Misava" aviabazasına gəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə "Newsweek" nəşri xəbər verib.

Məlumata əsasən, bu təyyarələr ötən günlərdə Texas ştatının Day Hərbi Hava Qüvvələri bazasından oraya yerləşdirilib. Amerika komandanlığı bu təyyarə qrupunun məqsəd və vəzifələri barədə məlumat verməyib.

Qeyd edilib ki, bombardmançıların yerləşdirilməsi Yaponiya Özünümüdafiə Qüvvələrinin oktyabrın 20-dən 31-dək ölkə boyu keçiriləcək irimiqyaslı hərbi təlimləri ərəfəsində həyata keçirilir. Təlimlərdə ABŞ və Avstraliyanın silahlı qüvvələri də iştirak edəcəklər.

Mövzuya görə xəbərlər