Son dəqiqə

Fələstin İsrail Tunis Qəzza İsrailin dron hücumu Azadlıq Donanması Koalisiyası

Qəzzaya yollanan Azadlıq Flotili­yası Tunisdə hədəf alınıb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Qəzzaya doğru yola çıxan Azadlıq Flotili­yası gəmilərindən biri Tunisdə dron hücumuna məruz qalıb.

TurkicWorld xəbər verir ki, İspaniyadan hərəkət edən Familia Madeira adlı gəmisinə Sidi Busaid limanında gecə saatlarında pilotsuz uçuş aparatı ilə bombalı hücum edilib.

Hadisə nəticəsində gəmidə yanğın baş verib, lakin qısa zamanda söndürülüb. Can itkisi qeydə alınmayıb.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Franseska Albanese, sosial media hesabında hadisəni təsdiqləyib. O bildirib ki, hücuma məruz qalan gəmi Azadlıq Flotili­yasının əsas gəmisi olub və Qəzzadakı blokadanı yarmaq məqsədi daşıyır. Albanese, flotili­yanın digər iki gəmisinin də təhlükə altında olduğunu vurğulayıb.

Hücumdan dərhal sonra liman təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb, əraziyə giriş-çıxış dayandırılıb.

Qeyd edək ki, Azadlıq Flotili­yası Qəzzadakı humanitar böhranı yüngülləşdirmək və İsrailin tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxıb. İspaniyadan gələn gəmilər Tunisdə birləşərək İtaliya üzərindən Qəzzaya doğru hərəkət etməyi planlaşdırırdı. Flotiliyada müxtəlif ölkələrdən yüzlərlə fəal, o cümlədən onlarla türk və 150-yə yaxın tunisli iştirak edir.

“Azadlıq Flotili­yası” anlayışı Fələstin xalqının işğala qarşı iradəsini və mübarizəsini simvolizə edir və beynəlxalq həmrəylik platforması kimi fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər