Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Vladimir Zelenski Donald Tramp Kreml Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Kreml Ukrayna şərtləri

Kreml Putin–Tramp telefon danışığını ədalətli adlandırıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Kreml, Putin və Tramp arasında baş tutan telefon danışığını “səmimi və ədalətli” kimi dəyərləndirib.

TurkicWorld xəbər verir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan telefon danışığı təxminən 40 dəqiqə davam edib. Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Trampa Alyaska sammitində göstərilən qonaqpərvərliyə və Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində irəliləyişlərə görə təşəkkürünü çatdırıb.

Onun sözlərinə görə, Tramp Putinə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşlər barədə məlumat verib. Liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dialoqun davam etdirilməsini dəstəkləyib və danışıqlar səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Putin və Trampın danışığı, ABŞ prezidentinin Zelenski və Avropa liderləri ilə görüşlərindən dərhal sonra gerçəkləşib.

Mövzuya görə xəbərlər