Son dəqiqə

ABŞ Binyamin Netanyahu Donald Tramp Qəzza zolağı Ağ Ev Yaxın Şərq Atəşkəs razılaşması ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff

ABŞ-dan girov açıqlaması - daha 10 girov azad ediləcək

BAKI, TurkicWorld

ABŞ prezidenti Tramp Qəzzada saxlanılan 10 girovun tezliklə azad olunacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ağ Evdə təşkil olunan şam yeməyi zamanı çıxış edən ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun diplomatik səylərini yüksək qiymətləndirib və Qəzzada saxlanılan 10 girovun yaxın günlərdə azad ediləcəyini bəyan edib.

Tramp bildirib ki, "girovların çoxunu artıq geri aldıq və ümid edirik ki, bu proses tezliklə başa çatacaq".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs razılaşması əldə olunana qədər Təl-Əviv nümayəndə heyətinə Dohada qalmağı tapşırıb. Həmas vasitəçilər – Qətər və Misirin təqdim etdiyi atəşkəs və məhbus mübadiləsi planına müsbət cavab verdiyini bildirib. Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunsa da, İsrailin Qəzzanın cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizinə nəzarəti saxlamaq israrı hələ də əsas maneə olaraq qalır.

Mövzuya görə xəbərlər