BAKI, TurkicWorld
ABŞ və İsrail arasında viza böhranı yaranıb.
TurkicWorld xəbər verir ki, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin xristian təşkilatları və onların xarici işçilərinə viza verilməsini çətinləşdirdiyini bildirib.
O, vəziyyət belə davam edərsə, ABŞ səfirliyinin də israilli turistlərin vizalarına məhdudiyyətlər tətbiq edəcəyini bəyan edib.
Hakabi bu barədə İsrailin daxili işlər naziri Moşe Arbelə məktub göndərib. Səfir məktubda qeyd edib ki, xristian təşkilatlara qarşı bu yanaşma davam edərsə, bu, İsrailin "artıq xristian qruplarını istəmədiyini" göstərmiş olacaq. Məktubun surətləri prezident İsaak Herzoq, baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saara da təqdim edilib.
Qeyd edək ki, İsrail Daxili İşlər Nazirliyi bəzi Yevangelist Xristian təşkilatlarının fəaliyyəti ilə bağlı araşdırma başladıb və bu, tərəflər arasında gərginliyi daha da artırıb.





