Son dəqiqə

ABŞ Rusiya Ukrayna Moskva Donald Tramp Dmitri Medvedyev Kreml ABŞ tarifləri 2025

Trampın tarif xəbərdarlığı bizə maraqlı deyil - Rusiya

BAKI, TurkicWorld

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Kremlin ünvanına səsləndirdiyi sərt ultimatumun Moskvada heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Medvedev yazılı açıqlamasında Trampın Rusiyaya qarşı 100 faizlik tarif artımı və Ukraynaya əlavə hərbi yardımla bağlı xəbərdarlığına cavab verib.

O, "Tramp Kremlə dramatik ultimatum verdi. Döyüş yönümlü Avropa məyus oldu. Rusiyanın isə vecinə deyildi", – deyə qeyd edib.

Qeyd edək ki, prezident Tramp ötən həftə verdiyi bəyanatda Rusiya 50 gün ərzində Ukrayna ilə razılığa gəlməzsə, Moskvaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini və Ukraynaya daha çox Patriot hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlamışdı.

Mövzuya görə xəbərlər