Son dəqiqə

ABŞ Elon Mask Donald Tramp NASA kütləvi işçi ixtisarı işçi ixtisarları

Trampın ixtisar siyasəti NASA-ya da çatıb

BAKI, TurkicWorld

NASA-da kütləvi ixtisar - 2 mindən çox əməkdaş işdən ayrılmağa hazırlaşır

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının dövlət sektorunda ixtisar siyasəti çərçivəsində NASA-nın 2145 yüksək vəzifəli əməkdaşı işini tərk etməyə hazırlaşır.

Bu addımın federal işçi qüvvəsini azaltmaq məqsədi daşıdığı bildirilir.

“Politico” jurnalının əldə etdiyi sənədlərə əsasən, NASA əməkdaşlarının əksəriyyəti erkən pensiya, könüllü ayrılma və ya təxirə salınmış istefa proqramları çərçivəsində işdən ayrılacaq. Ayrılanların çoxu elmi-tədqiqat sahələrində çalışan mütəxəssislərdir.

Bu kütləvi gedişlərin Mars və Ay missiyalarına mənfi təsir göstərəcəyi qeyd olunur. NASA-nın kadr çatışmazlığı səbəbindən bəzi mühüm layihələrin gecikməsi və ya təxirə salınması ehtimal edilir.

Eyni zamanda məlum olub ki, Tramp administrasiyası İlon Maskın dostu, milyarder Jared Isaacmanın NASA direktoru vəzifəsinə namizədliyini geri çəkib. Onun yerinə nəqliyyat naziri Şon Daffi müvəqqəti direktor təyin olunub.

Qeyd edək ki, Trampın rəhbərliyi altında Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə minlərlə federal işçi işdən çıxarılıb. Bu proses ölkə daxilində həmkarlar ittifaqları və təşkilatlar tərəfindən ciddi tənqid və məhkəmə iddiaları ilə qarşılanıb.

Mövzuya görə xəbərlər