Son dəqiqə

ABŞ Donald Tramp Tramp administrasiyası Miqrasiya idarəçiliyi Alkatraz həbsxanası Alliqatorlarla Alkatraz ABŞ sərt mühacirət siyasəti ekosistemə təhlükə

ABŞ-da timsahlarla qorunan miqrant mərkəzi tikilir

BAKI, TurkicWorld

Trampın rəhbərliyi altında Florida ştatında qurulan və "Alliqatorlarla Alkatraz" kimi tanınan yeni miqrant saxlama mərkəzi ölkədə və beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.

TurkicWorld xəbər verir ki,təbiətin qoynunda – Everqleyd bataqlıqlarında yerləşən və 5000 nəfərlik tutuma malik olan bu mərkəz, Trampın sərt immiqrasiya siyasətinin simvolu kimi təqdim olunur.

Mühafizə məqsədilə təhlükəsizlik sistemləri əvəzinə timsahlar və pitonların təbii maneə olaraq istifadə edilməsi planlaşdırılır.

“Ətraf mühitə pul xərcləməyə ehtiyac yoxdur, qaçanlar timsah və pitonlarla qidalanacaq” - deyə Florida ştatının baş prokuroru Ceyms Atmeyer bildirib. Ağ Ev rəsmiləri isə bu obyektin "qatillər, təcavüzkarlar və cinayətkarlar üçün qaçılmaz bir yer" olacağını bildirir.

Layihə insan haqları təşkilatları və ətraf mühit müdafiəçiləri tərəfindən “insan haqları fəlakəti” və “ekosistemə xəyanət” kimi qiymətləndirilib. Ekspertlər qeyd edir ki, bu ərazi 2000-dən artıq nadir flora və fauna növünün yaşayış mühitidir.

Qeyd edək ki, Tramp administrasiyası dövründə mühacir saxlanılan şəxslərin sayı 39 mindən 56 minə qədər artmışdı. Yeni mərkəzin illik xərci 450 milyon dollar olaraq hesablanır və bu məbləğ, təhlükəsizlik yerinə təbiətin özünün “divar” kimi istifadə olunması ilə azaldılmağa çalışılır.

Mövzuya görə xəbərlər