Son dəqiqə

ABŞ ABŞ Dövlət Departamenti Viza viza ləğv edilməsi ABŞ tələbə vizaları ləğvi viza sistemi problemi ABŞ-ın viza siyasəti

ABŞ tələbə vizaları üçün müraciətləri bərpa edib

BAKI, TurkicWorld

ABŞ tələbə vizaları üçün müraciətləri bərpa edib.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamenti əcnəbi tələbələr üçün dayandırılmış viza müraciətləri prosesinin yenidən başladığını açıqlayıb.

Lakin bundan sonra tələbə vizası almaq istəyənlər sosial media hesablarını açıq saxlamaqla bağlı tələblərlə üzləşəcəklər.

Politico xəbər saytının əldə etdiyi məlumata görə, səfirlik və konsulluqlara göndərilən yeni təlimatda ABŞ-a viza üçün müraciət edən şəxslərin siyasi fəallıqlarının izlənməsi və onların gələcəkdə ölkədə bu fəaliyyətləri davam etdirib-etdirməyəcəklərinin qiymətləndirilməsi istənilib.

Yeni prosedura əsasən, konsulluq əməkdaşları viza ərizəçilərinin internetdə paylaşdığı materialları nəzərdən keçirəcək və ABŞ-ın hökumətinə, vətəndaşlarına, mədəniyyətinə və təsis prinsiplərinə qarşı düşmənçilik əlamətləri olub-olmadığını araşdıracaqlar.

ABŞ hökuməti bu yoxlamalar çərçivəsində müraciət edənlərin HƏMAS-la mümkün əlaqələri, antisemitizmə dair paylaşımları və ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan davranışları ilə bağlı da analiz aparacaq.

Yeni qaydalar yalnız sosial media deyil, eyni zamanda LexisNexis kimi beynəlxalq verilənlər bazaları və hüquqi mənbələr üzərindən əldə edilən “onlayn mövcudluq” məlumatlarını da əhatə edir.

Qeyd edək ki, may ayında Dövlət Departamenti müvəqqəti olaraq yeni tələbə viza müraciətlərinin qəbulunu dayandırmışdı. Səbəb kimi müraciətçilərlə bağlı sosial media məlumatlarının toplanmasında yaranmış çətinliklər göstərilmişdi. Yeni qərarla bu proses məhdudiyyətlərlə bərpa olunur.

Mövzuya görə xəbərlər