Son dəqiqə

ABŞ Pentaqon Qrenlandiya ABŞ və Qrenlandiya arasında gərginlik Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi Qrenlandiyanın strateji əhəmiyyəti ABŞ-ın Qrenlandiyada maraqları

Vaşinqton Qrenlandiyaya nəzarəti artırır

BAKI, TurkicWorld

ABŞ Pentaqonu, Qrenlandiyaya nəzarəti Şimal Komandanlığına verməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Qrenlandiyanın hərbi nəzarətini Avropa Komandanlığından alaraq ABŞ Şimal Komandanlığına ötürməyə hazırlaşır.

Bu dəyişiklik Arktikadakı strateji əhəmiyyətli ərazi üzərində Vaşinqtonun təsirini gücləndirəcək.

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə Qrenlandiyaya marağı yenidən gündəmə gəlib. Bu həftə baş verməsi gözlənilən qərarla ABŞ Qızıl Qübbə hava hücumundan müdafiə sistemini genişləndirərək adada daha güclü radar infrastrukturu qura biləcək.

Xatırladaq ki, Tramp administrasiyası Qrenlandiyanı Danimarkadan almaq ideyasını bir müddətdir gündəmdə saxlayır. Qrenlandiyanın ABŞ Şimal Komandanlığı nəzarətinə daxil edilməsi isə siyasi dairələrdə narahatlıq doğurub. Danimarka hökuməti adanın satılmasına qarşı olduğunu dəfələrlə bəyan etsə də, bu addım Vaşinqtonun nəzarəti genişləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndirilir. NATO və Avropa İttifaqı daxilində də bu qərarın siyasi nəticələri müzakirə olunur.

Qeyd edək ki, Trampın Qrenlandiyanı əldə etmək üçün keçmişdə hərbi vasitələrin mümkünlüyünü istisna etməməsi bu bölgədə gərginliyin artmasına səbəb olub. Danimarkanın Vaşinqtondakı səfirliyi və Ağ Ev bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Mövzuya görə xəbərlər