Son dəqiqə

ABŞ Donald Tramp İlon Mask Hökumətin Səmərəliliyi Departamenti (DOGE) Tramp administrasiyası Maskın siyasi rolu Mask və Tramp münasibətləri Maskın siyasətdən uzaqlaşması

Mask Tramp administrasiyasını tənqid edib

BAKI, TurkicWorld

İlon Mask prezident Donald Trampın büdcə siyasəti ilə bağlı narazılığını ifadə edib.

TurkicWorld xəbər verir ki, ötən həftə Ağ Evdəki vəzifəsindən istefa verən amerikalı milyarder İlon Mask Tramp dövründə rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) haqsız yerə tənqid hədəfinə çevrildiyini bildirib.

Onun sözlərinə görə, hökumət xərcləri azaldarkən DOGE “günah keçisi” elan olunub.

ABŞ mətbuatına danışan Mask, Trampın Nümayəndələr Palatasına təqdim etdiyi yeni büdcə layihəsinin DOGE-nin fəaliyyətinə zərbə vurduğunu və büdcə kəsirini daha da artırdığını vurğulayaraq, “məyus oldum” deyib. “Açığı, bu böyük xərc qanun layihəsini görmək məni məyus etdi. Çünki bu sənəd büdcə kəsirini azaltmaq əvəzinə artırır və DOGE komandasının zəhmətini kölgədə qoyur,” – deyə əlavə edib.

Mask həmçinin bildirib ki, administrasiyada olduğu müddətdə Tramp komandası ilə hər məsələdə razılaşmayıb və bəzi prinsipial fikir ayrılıqları yaşanıb. O, bundan sonrakı mərhələdə kosmik tədqiqatlara daha çox diqqət ayıracağını qeyd edib.

Mövzuya görə xəbərlər