Son dəqiqə

ABŞ Donald Tramp Tramp administrasiyası Tramp administrasiyası məhkəmə Tramp və elmi fondlar ABŞ federal qrant böhranı ABŞ elmi tədqiqat maliyyələşməsi

Tramp administrasiyasına qarşı məhkəmə iddiası genişlənir

BAKI, TurkicWorld

ABŞ-ın 16 ştatı Tramp administrasiyasını məhkəməyə verib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın 16 ştatının baş prokurorları, Donald Tramp administrasiyasının Milli Elm Fondunun (NSF) maliyyə dəstəklərini azaltmasına və yeni məhdudiyyətlər tətbiq etməsinə görə federal məhkəməyə iddia qaldırıblar.

Aprel ayında NSF yüzlərlə tədqiqat layihəsini ləğv edib və bu qərar nəticəsində 1,4 milyard dollar dəyərində 1753 qrant proqramı dayandırılıb. Fond həmçinin tədqiqatlarla bağlı dolayı xərclərə 15 faiz hədd qoyacağını açıqlayıb.

Nyu-York və Havay ştatlarının rəhbərliyi altında açılan iddiada yeni siyasətlərin milli təhlükəsizlik, iqtisadiyyat və ictimai sağlamlığa təhdid olduğu vurğulanır. Baş prokurorlar bu məhdudiyyətlərin Konqresin NSF-yə verdiyi səlahiyyətlərin pozulması olduğunu bildiriblər.

Qeyd edək ki, Tramp administrasiyası müxtəliflik, inklüzivlik və dezinformasiya ilə mübarizə sahələrində aparılan DEIA layihələrini ləğv etməklə yanaşı, NSF-nin büdcəsinin 55 faiz azaldılması təklifini də gündəmə gətirib. Bu addımlar elmi icma tərəfindən ciddi tənqid olunub və qurumun rəhbəri Sethuraman Panchanathan vaxtından əvvəl istefa verib.

Mövzuya görə xəbərlər