Son dəqiqə

ABŞ Donald Tramp Harvard Universiteti Harvard federal maliyyə qalmaqalı Tokyo Universiteti Harvard tələbələri Xarici tələbələrə dəstək

Tokio Universiteti Harvard tələbələri üçün qapılarını açır

BAKI, TurkicWorld

Tokio Universiteti Harvardın qərarından təsirlənən əcnəbi tələbələri qəbul etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, Yaponiyanın Tokio Universiteti ABŞ-da Donald Tramp administrasiyasının Harvard Universitetinin beynəlxalq tələbə qəbulunu dayandırmaq planından təsirlənən xarici tələbələri müvəqqəti qəbul etməyi nəzərdən keçirdiyini açıqlayıb.

Universitet bəyanat yayaraq bildirib ki, belə tələbələr təhsilini davam etdirməkdə çətinlik yaşadığı halda, onlara Tokio Universitetində müvəqqəti təhsil imkanı verilə bilər. Universitet daha əvvəl də 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəsini tərk edən tələbələrə bənzər şəkildə dəstək göstərmişdi.

Qeyd edək ki, ABŞ-da Tramp administrasiyası kampus etirazlarını əsas gətirərək, müxtəlif universitetlər, o cümlədən Harvard üçün federal maliyyəni dondurmaqla hədələyib. Bunun nəticəsində Harvard Universitetinə ayrılan 2,2 milyard dollar maliyyənin və 60 milyon dollarlıq müqavilə haqqının dondurulması planlaşdırılıb. Universitet isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.

Hazırda Boston məhkəməsi bu qərarı müvəqqəti olaraq dayandırıb.

Mövzuya görə xəbərlər