Son dəqiqə

ABŞ etiraz aksiyası Donald Tramp Harvard Universiteti Tramp administrasiyası Harvard federal maliyyə qalmaqalı Fələstin dəstək aksiyaları

Məhkəmə Trampın tələbə qərarını dayandırıb

BAKI, TurkicWorld

Federal hakim Tramp administrasiyasının qərarını dayandırıb- Harvardın beynəlxalq tələbə qəbulu davam edəcək.

TurkicWorld xəbər verir ki, ABŞ-da federal hakim Tramp administrasiyasının Harvard Universitetinin beynəlxalq tələbələri qəbul etməsinə qoyduğu məhdudiyyəti müvəqqəti dayandırıb.

ABŞ-ın Boston rayon məhkəməsinin hakimi Allison Burroughs, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Harvard Universitetinə göndərdiyi və beynəlxalq tələbə qəbulunun dayandırılmasını nəzərdə tutan qərarın icrasını dayandırıb.

Hakim Burroughs bildirib ki, bu qərarın davamlı olub-olmaması ilə bağlı prosesin davam etdirilməsi üçün əlavə məlumat və sənədlərə ehtiyac var. Ona görə də müvafiq hüquqi sənədlər təqdim edilənə qədər qərar qüvvədə saxlanılmayacaq.

Qeyd edək ki, Tramp administrasiyasının bu addımı ABŞ-da təhsil alan minlərlə beynəlxalq tələbəyə təsir edə bilərdi. Məsələ ictimai və hüquqi dairələrdə ciddi müzakirələrə səbəb olub.

Mövzuya görə xəbərlər